Yuxarı
    Bağlamaq

    “AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq

    Bakı. 21 fevral. REPORT.AZ/ “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.

    “Report” quruma istinadən xəbər verir ki, səfəri Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi təşkil edib.

    Səfər çərçivəsində keçirilmiş tədbirdə “AzerGold”un nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

    Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” ötən ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və bu ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi