“AzerGold” bəzi yataqlar üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlayıb

“AzerGold” bəzi yataqlar üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlayıb Bakı. 1 fevral. REPORT.AZ/ “AzerGold” QSC ötən il bəzi yataqlar üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlayıb.
Sənaye
1 Fevral , 2019 10:55
“AzerGold” bəzi yataqlar üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlayıb
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ “AzerGold” QSC ötən il bəzi yataqlar üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, 2018-ci ildə “AzerGold” tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədi ilə Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağında, "Çovdar" yatağının yaxın cinahında yerləşən və “AzerGold” QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş "Ağyoxuş" qızıl təzahürü sahəsində, "Göygöl" inzibati rayonunda yerləşən "Tülallar" sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "Ortakənd-Xanağa" perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılıb. Həmçinin, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilib, "Filizçay" polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb.

Aparılan tədqiqat və kəşfiyyat işlərinin məntiqi nəticəsi olaraq “AzerGold” QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənib, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olunub.

Son xəbərlər

Orphus sistemi