“AzerGold” banklara olan borclarını açıqlayıb

“AzerGold” banklara olan borclarını açıqlayıb 2018-ci il yanvarın 1-nə “AzerGold” QSC-nin yerli banklar qarşısında borc öhdəliyi 110,194 milyon ABŞ dolları təşkil edib.
Sənaye
11 Mart , 2019 14:00
“AzerGold” banklara olan borclarını açıqlayıb

2018-ci il yanvarın 1-nə “AzerGold” QSC-nin yerli banklar qarşısında borc öhdəliyi 110,194 milyon ABŞ dolları təşkil edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 17,5% azdır.

Hesabat dövründə “AzerGold”un cari bank öhdəlikləri 12,4 dəfə artaraq 5,254 milyon dollara çatıb, uzunmüddətli bank öhdəlikləri isə 21,2% azalaraq 104,94 milyon dollara düşüb.

Qeyd edək ki, “AzerGold” 2016-cı ilin noyabr ayında “Xalq Bank”dan 5 il müddətinə 116 milyon dollar, “PAŞA Bank”dan 5 il müddətinə 15,8 milyon dollar, 2017-ci ildə mart ayında isə yenə də “PAŞA Bank”dan 4 il 9 ay müddətinə 7,601 milyon dollar kredit alıb. İllik 4%-lə alınmış bu kreditlərin ödəniş müddəti 2021-ci ilin noyabr ayında başa çatır. Şirkət həmin vəsaitlərlə keçmiş podratçılardan aktivlər qrupunun alınmasını maliyyələşdirib. 

Son xəbərlər

Orphus sistemi