“AzerGold” 2020-ci il üçün hədəflərini açıqladı

“AzerGold” 2020-ci il üçün hədəflərini açıqladı
Sənaye
225
24 Fevral , 2020 13:37
“AzerGold” 2020-ci il üçün hədəflərini açıqladı
Report / Elchin Murad

"2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb".

“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, qızılın satışından 141,9 milyon manat, gümüşün satışından isə 3 milyon manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 milyon manat məbləğində vəsait daxil olub: “Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair hədəfimiz 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür”.

O qeyd edib ki, “AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi 2019-cu ildə bütün növ vergi ödənişlərində də artım qeydə alınıb: “Belə ki, ötən il dövlət büdcəsinə ümumilikdə 13 487 739 manat vəsait ödənilib. 2018-ci ildə isə bu məbləğ 12 644 465 manat təşkil edib.2019-cu ildə büdcə ödənişləri öncəki illə müqayisədə 843 274 manat, yəni 6,7% artıb”.