​Azərbaycanın sənaye sektorunda 27,8 mlrd. manatlıq məhsul istehsal olunub

​Azərbaycanın sənaye sektorunda 27,8 mlrd. manatlıq məhsul istehsal olunub Sənaye məhsulunun 71%-i mədənçıxarma bölməsinin payına düşür
Sənaye
13 Noyabr , 2014 07:59
​Azərbaycanın sənaye sektorunda 27,8 mlrd. manatlıq məhsul istehsal olunub
Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. “Report”un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Sənaye məhsulunun 71,2%-i mədənçıxarma bölməsinin payına düşür və burada 35,6 mln. ton neft, 15,5 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8%-ni təşkil edib, qida, tütün məmulatları, toxuculuq, geyim, kimya, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlıqları, avtomobil və qoşquların, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilən sənaye məhsulunun 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 6,3% üstələyib, neft-qaz sektorunda isə 1,7% azalıb.

Ümumi sənaye istehsalının 93,0%-i malların (əmtəələrin), 7,0%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 80,6%-i özəl bölmədə istehsal olunub.



Son xəbərlər

Orphus sistemi