Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

Sənaye
  • 10 iyul, 2018
  • 05:36
Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) “AzerGold” QSC-nin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.

O qeyd edib ki, qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün QSC tərəfindən səylər göstərilməkdədir.