Azərbaycanın poladəritmə müəssisəsi ixracdan gəlirlərini 52 % artırıb
- 31 yanvar, 2022
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində "Baku Steel Company" MMC 45,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Hesabata əsasən, bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 15,6 milyon ABŞ dolları və yaxud 52 % çoxdur.
Xatırladaq ki, "Baku Steel Company" Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.
Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 milyon tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.