Azərbaycanın poladəritmə müəssisəsi ixracdan gəlirləri 64 % artırıb
- 31 dekabr, 2021
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr ayları ərzində "Baku Steel Company" MMC 43,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon ABŞ dolları və yaxud 64,1 % çoxdur.
Xatırladaq ki, "Baku Steel Company" Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.
Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 mln. tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.