Azərbaycanın poladəritmə müəssisəsi ixracdan gəlirləri 2 dəfə artırıb
- 30 sentyabr, 2021
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust ayları ərzində "Baku Steel Company" MMC 35,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
İcmala əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon ABŞ dolları və yaxud 2,02 dəfə çoxdur.
Xatırladaq ki, "Baku Steel Company" Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.
Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 milyon tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.