Yuxarı

​Azərbaycanın neft sektoruna investisiya qoyuluşu 19% artıb

Qeyri-neft sektorunda isə əksinə, azalma müşahidə olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft sektoruna 6 451,2 mln. manat həcmində vəsait yönəldilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu dövr ərzində neft sektoruna investisiya qoyuluşu 18,9% artıb.

Sözügedən müddət ərzində qeyri-neft sektoruna investisiya qoyuluşunda isə əksinə azalma müşahidə olunub. Bu sektora sərmayə qoyuluşu illik müqayosədə 13,83% azalaraq 7 987,6 mln. manat təşkil edib.

Qeyri-neft sektorunun inkişafına sərf edilən həmin vəsaitin 1 111 mln. manatı (ümumi sərmayənin 7,7%-i) qeyri-neft sənayesi sektorunun inkişafında istifadə edilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlərin, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi