Azərbaycanın neft mədən avadanlığı istehsalçısının mənfəəti 8 dəfə azalıb

Sənaye
  • 21 iyun, 2022
  • 04:47
Azərbaycanın neft mədən avadanlığı istehsalçısının mənfəəti 8 dəfə azalıb

“Bakı Neft Mədən Avadanlıqları” ASC 2021-ci ili 6 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 7,7 dəfə azdır.

Ötən il “Bakı Neft Mədən Avadanlıqları”nın vergiyəqədərki mənfəəti 8 min manat (illik müqayisəə 7,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 2 min manat (7,5 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Neft Mədən Avadanlıqları”nın aktivləri 1,639 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,5 % azalaraq 361 min manata, balans kapitalı isə 3,2% azalaraq 1,278 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Neft Mədən Avadanlıqları” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 766 min manatdır.