Azərbaycanın məşhur zavodu mənfəətlə işləməyə başlayıb

Azərbaycanın məşhur zavodu mənfəətlə işləməyə başlayıb Zavodun nizamnamə kapitalı 11,855 milyon manatdır
Sənaye
247
2 Aprel , 2021 17:21
Azərbaycanın məşhur zavodu mənfəətlə işləməyə başlayıb

“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2019-cu ili 87 min manat mənfəətlə başa vurub. Halbuki, zavod 2018-ci ildən 388 min manat, 2017-ci ildən isə 445 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 2019-cu ildə səhmdar cəmiyyəti 1,537 milyon manat gəlir əldə edib. Bu isə 2018-ci illə müqayisədə 7,1 % çoxdur. Hesabat dövründə qurumun xərcləri isə 20,5 % azalaraq 1,449 milyon manata çatıb.

2020-ci il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” aktivləri 18,538 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5 % azdır. O cümlədəmn zavodun öhdəlikləri 7,5 % azalaraq 5,815 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 12,723 milyon manat düşüb.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Məşhur zavodun nizamnamə kapitalı 11,855 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi