Azərbaycanın maşınqayırma müəssisəsi xalis mənfəətini 2 dəfə artırıb
- 14 may, 2025
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qala Maşınqayırma" ASC 2024-cü ili 351 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 98,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Ötən il "Qala Maşınqayırma"nın vergiyəqədərki mənfəəti 452 min manat (əvvəlki ilə nisbətən 92,3 % çox), mənfəət vergisi ödəmələri isə 101 min manat (71,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Qala Maşınqayırma"nın aktivləri 3,079 milyon manat olub ki, bu da illik müqayisədə 4,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 47,6 % azalaraq 119 min manata düşüb, balans kapitalı isə 9 % artaraq 2,959 milyon manata çatıb.
Xatırladaq ki, "Qala Maşınqayırma" 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 240 min manatdır.