Azərbaycanın aparıcı siqaret istehsalçısı yeni şirkət yaradıb

Azərbaycanın aparıcı siqaret istehsalçısı yeni şirkət yaradıb İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Azərbaycanın aparıcı siqaret istehsalçısı “Tabaterra” QSC yeni şirkət yaradıb.
Sənaye
2 İyun , 2021 15:24
Azərbaycanın aparıcı siqaret istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Azərbaycanın aparıcı siqaret istehsalçısı “Tabaterra” QSC yeni şirkət yaradıb.

“Report”un məlumatına görə, nazirlik yanında Dövlət Vergi Xidməti “Tabaterra Leaf” QSC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 5 000 manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. O, həm də “Tabaterra”nın direktorudur.

Yeni şirkətin adı ("Leaf" azərbaycanca "Yarpaq" deməkdir) onun tütün yarpağının tədarükü və emalı ilə məşğul olacağından xəbər verir.

Xatırladaq ki, “Tabaterra” Sumqayıtda Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında, beynəlxalq standartlara cavab verən ağır, yüngül və daha yüngül dərəcəli filterli siqaretlər istehsal edir.

Son xəbərlər

Orphus sistemi