Azərbaycanın aparıcı sayğac istehsalçısının xalis mənfəəti 44 % azalıb
- 06 noyabr, 2023
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gəncə Cihazqayırma Zavodu” ASC 2022-ci ili 481 min manat xalis mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 44,1 % azdır.
Ötən il səhmdar cəmiyyətinin əsas əməliyyat gəlirləri 11,049 milyon manat (əvvəlki ilə nisbətən 17,6 % az), satışının maya dəyəri 10,308 milyon manat (16 % az), sair əməliyyat gəlirləri 12 min manat (3,4 dəfə az), sair əməliyyat xərcləri 91 min manat (2,3 dəfə az), inzibati xərcləri 57 min manat (10,9 % az), mənfəət vergisi ödəmələri isə 123 min manat (44,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Cihazqayırma Zavodu”nun aktivləri 10,215 milyon manat olub ki, bu da illik müqayisədə 4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,2 % azalaraq 1,48 milyon manata düşüb, balans kapitalı isə 5,8 % artaraq 8,735 milyon manata çatıb.
Xatırladaq ki, “Gəncə Cihazqayırma Zavodu” kommersiya qurumu kimi 2008-ci ildə yaradılıb, ölkənin aparıcı sayğac istehsalçısıdır. Onun nizamnamə kapitalı 212 min manatdır. Səhmdar cəmiyyəti "Azərsu" ASC-nin sayğac tədarükçüsüdür.