Azərbaycanın aparıcı kabel istehsalçısı zərərlə işləməyə başlayıb

Azərbaycanın aparıcı kabel istehsalçısı zərərlə işləməyə başlayıb “Azərkabel” ASC 2020-ci ili 12 min manat zərərlə başa vurub
Sənaye
27 Aprel , 2021 17:49
Azərbaycanın aparıcı kabel istehsalçısı zərərlə işləməyə başlayıb

“Azərkabel” ASC 2020-ci ili 12 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2019-cu ildən 500 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 967 min manat (əvvəlki ilə nisbətə 3,8 dəfə az), satışının maya dəyəri isə 979 min manat (3,2 dəfə az), o cümlədən əmək haqqı xərcləri 77 min manat (1,7 dəfə az), amortizasiya xərcləri 31 min manat (1,1 dəfə az), mal-metarial xərcləri 788 min manat (3,6 dəfə az), elektrik enerjisi xərcləri 21 min manat (2,8 dəfə az), məcburi dövlət sosial sığorta xərcləri 16 min manat (1,7 dəfə az), sair xərcləri isə 46 min manat (1,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərkabel”in aktivləri 6,122 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,5% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 12,9% azalaraq 3,331 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 2,791 milyon manat qalıb.

Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır. Müəssisə ölkənin aparıcı kabel istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi