Azərbaycandan iki Avropa ölkəsinə polipropilen tədarükü bərpa edilib
- 10 dekabr, 2021
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan 86,891 milyon ABŞ dolları dəyərində 64 min 384,45 ton polipropilen (ilkin formalarda) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 63,77 % çoxdur, kəmiyyət olaraq – 1,97 % azdır. Bu məhsulun bir tonun ixrac qiyməti ötən ilə nisbətən 67,1 % bahalaşıb.
Rusiyaya 54,299 milyon ABŞ dolları dəyərində 38 min 065,75 ton, Türkiyəyə 16,074 milyon ABŞ dolları dəyərində 14 min 575 ton, Qazaxıstana 9,649 milyon ABŞ dolları dəyərində 6 min 642 ton, Ukraynaya 3,716 milyon ABŞ dolları dəyərində 2 min 871,25 ton, Gürcüstana 1,226 milyon ABŞ dolları dəyərində 790,5 ton, Belarusa 866,38 min ABŞ dolları dəyərində 566,25 ton, İrana 575,96 min ABŞ dolları dəyərində 443,7 ton məhsul tədarük olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya polipropilen ixracı müvafiq olaraq 2,7 dəfə və 68,2 %, Qazaxıstana – 95,1 % və 15,39 % artıb, Türkiyəyə - 19,22 % və 45,58 %, Ukraynaya – 18,97 % və 56,19 %, Belarusa – 16,53 % və 51,55 %, İrana – 28,66 % və 2,44 % azalıb, Gürcüstana – 50,13 % artıb və 17,01 % azalıb. Bütövlükdə Azərbaycan bu məhsulu 11 ölkəyə ixrac edib. Birillik fasilədən sonra Litva və Polşaya tədarük bərpa olunub. 2019-cü ilin eyni dövrü ilə müqayisədə Litvaya ixrac müvafiq olaraq 14 dəfə və 12 dəfə, Polşaya – 34,34 % və 6,25 % artıb.
2021-ci ilin yanvar-sentyabr aylarında ölkəmizə 10,162 milyon ABŞ dolları dəyərində 6 min 661,99 ton polipropilen tədarük olunub ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 0,92 % artıb, kəmiyyət olaraq – 26,46 % azalıb.
Hesabat dövründə bütövlükdə 9 ölkədən tədarük həyata keçirilib. Koreyadan 7,376 milyon ABŞ dolları dəyərində 4 min 486 ton, Səudiyyə Ərəbistanından 1,352 milyon ABŞ dolları dəyərində 1 min 089 ton, İrandan 1,118 milyon ABŞ dolları dəyərində 926,6 ton, Rusiyadan 197,58 min ABŞ dolları dəyərində 120 ton polipropilen alınıb. Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Koreyadan idxal müvafiq olaraq 55,63 % və 7,68 %, Rusiyadan - 3,7 dəfə və 3,1 dəfə artıb, Səudiyyə Ərəbistanından – 0,48 % və 16,15 %, İrandan – 68,45 % və 71,6 % azalıb. Birillik aradan sonra Azərbaycan Hindistan, Finlandiya, Tayvan, Çin və Türkiyədən polipropilen tədarükünü bərpa edib. Bu ölkələrdən toplam olaraq 118,99 min ABŞ dolları dəyərində 40,4 ton məhsul idxal edilib.