​Azərbaycanda yeni polad emalı zavodu tikiləcək

​Azərbaycanda yeni polad emalı zavodu tikiləcək Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi: "Bu, yaxın gələcəyin ən böyük layihələrindən biri olacaq"
Sənaye
14 Noyabr , 2014 10:55
​Azərbaycanda yeni polad emalı zavodu tikiləcək
Bakı. 14 noyabr. REPORT.AZ/ Yaxın gələcəkdə Azərbaycanın Gəncə şəhərində yeni polad emalı zavodu inşa olunacaq. "Report"un xəbər verdiyi kimi, bunu bu gün Bakıda təşkil olunan Yaponiya Malları Sərgisində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib.

"Gəncədə polad istehsalı zavodu tikiləcək. Bu zavod, Yaponiyanın böyük şirkəti olan "Marubeni" şirkəti tərəfindən inşa olunacaq. Bu, yaxın gələcəyin ən böyük layihələrindən biri olacaq", - deyə T.Takahaşi vurğulayıb.

Səfir, həmçinin qeyd edib ki, hazırda Yaponiyadan Azərbaycana hər hansı rəsmi səfər gözlənilməsə də, bu kimi sərgilərdən sonra yaxın gələcəkdə böyük şirkətlərin nümayəndə heyətlərinin Bakıya səfərlərini gözləmək olar.

Son xəbərlər

Orphus sistemi