Azərbaycanda üzüm şərabı istehsalı 50 %-dək artıb

Sənaye
  • 18 iyun, 2022
  • 07:06
Azərbaycanda üzüm şərabı istehsalı 50 %-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 milyon 772,7 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 454,9 min dekalitr (1 il əvvələ nisbətən 27,5 % az), viski-konyak istehsalı 10,9 min dekalitr (45,3 % çox), üzüm şərabı istehsalı 269,6 min dekalitr (49,2 % çox), pivə istehsalı 1 milyon 457,8 min dekalitr (20,2 % az), spirtsiz içki istehsalı isə 11 milyon 579,5 min dekalitr (8,3 % çox) təşkil edib.

Bu il iyunun 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 420 min dekalitr, spirtsiz içki ehtiyatı isə 293,8 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 13,5 % az və 2,9 dəfə azdır.

44 filmi