Azərbaycanda tikinti materiallarının istehsalı 81 % artıb
- 22 yanvar, 2022
- 10:35
2021-ci ildə Azərbaycanda tikinti materiallarının istehsal dәyәri 871,8 milyon manat olmaqla, 2020-ci illə müqayisәdә 80,6 % artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il ölkədə 3 milyon 440 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 6,3% çoxdur.
Bundan başqa, 208 min ton asfalt istehsal edilib ki, bu da illik müqayisədə 11,6% çoxdur.
Tikinti kərpicinin istehsalı 57,3% artaraq 784,9 min kubmetr, tikinti gipsinin istehsalı 47,9% artaraq 35,8 min ton, tikinti əhənginin istehsalı 4,4 % artaraq 35,8 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3% artaraq 88,7 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 69,2 % artaraq 81,2 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 % artaraq 40 milyon 184,8 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 3,9 % azalaraq 2 milyon 769,5 min ton təşkil edib.