Azərbaycanda tikinti materiallarının istehsalı 30 %-ə yaxın artıb

Sənaye
  • 18 noyabr, 2023
  • 12:04
Azərbaycanda tikinti materiallarının istehsalı 30 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 933,6 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,7 % çoxdur.

Hesabat dövründə tikinti şüşəsi istehsalı 14 % artaraq 7 milyon 463,9 min kv.metrə, tikinti kərpici istehsalı 2,1 % azalaraq 486,5 min kubmetrə, sement klinkerləri 9,5 % artaraq 3 milyon 135,9 min tona, sement 3 % artaraq 3 milyon 075,1 min tona, əhəng istehsalı 12,7 % artaraq 40,9 min tona, gips məmulatları istehsalı isə 77,2 % artaraq 103,3 min tona çatıb.

Bu il noyabrın 1-nə ölkədə 2 milyon 090,4 min kv.metr tikinti şüşəsi ehtiyatı, 1,1 min kubmetr tikinti kərpici ehtiyatı, 341 min ton sement klinkeri ehtiyatı, 63 min ton sement, 5,8 min ton əhəng ehtiyatı, 9,6 min ton gips məmulatları ehtiyatı yaranıb.