Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 82 milyon manatlıq tikinti materialları istehsal olunub ki, bu da illik müqayisәdә 13,2 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2 ay ərzində ölkədə 410,6 min ton sement istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən eynidir.
Hesabat dövründə asfalt istehsalı 77,6% azalaraq 5,8 min ton, kərpic istehsalı 7,6 % azalaraq 65,3 min kubmetr, gips istehsalı 4 dəfə artaraq 2,8 min ton, əhəng istehsalı 18,4 % artaraq 5,8 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti bloku və kərpic istehsalı 14,7% artaraq 12,5 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 20,4 % azalaraq 7,4 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,7 % azalaraq 605,9 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 19,5 % artaraq 269,9 min ton təşkil edib.