Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 26 % artıb

Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 26 % artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 617,7 milyon manat dəyərində tikinti materialları istehsal edilib.
Sənaye
17 Noyabr , 2020 15:53
Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 26 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 617,7 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisәdә 26,4 % çoxdur.

Son 1 ildə ölkədə sement istehsalının həcmi 0,2 % azalaraq 2 821,5 min ton, asfalt istehsalının həcmi 56,1 % azalaraq 145,9 min ton, kərpic istehsalının həcmi 20,5 % artaraq 421 min kubmetr, gips istehsalının həcmi 2,3 dəfə artaraq 18,3 min ton, əhəng istehsalının həcmi 29,1 % azalaraq 27,5 min ton, sementdən, süni daşdan və yaxud betondan bloklar və kərpic istehsalının həcmi 37,5% azalaraq 47,6 min ton, betondan yığma konstruksiyalar istehsalının həcmi 1,4 % artaraq 37,2 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan alınan məmulat istehsalının həcmi 32,7 % azalaraq 21 605,8 ton, hörmə üçün hazır beton qarışığı istehsalının həcmi isə 5,1 % artaraq 21 605,8 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi