Azərbaycanda stolüstü kompüterlərin istehsalı 26,3 dəfə artıb

Azərbaycanda stolüstü kompüterlərin istehsalı 26,3 dəfə artıb İlk 6 ayda kompüter, elektron və optik məhsulların istehsalı illik müqayisədə 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60,6 % artıb
Sənaye
15 İyul , 2021 13:11
Azərbaycanda stolüstü kompüterlərin istehsalı 26,3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 101,8 milyon manatlıq məhsul istehsal olunub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ilk 6 ayda kompüter, elektron və optik məhsulların istehsalı illik müqayisədə 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60,6 % artıb.

Hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,3 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 89,2 %, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49 %, məişət soyuducularının istehsalı isə 46,4 % artıb.

Son xəbərlər

Orphus sistemi