Yuxarı

Azərbaycanda "şəxsin narkoloji xəstəliyə düçar olmasının müəyyən edilməsi qaydası"na dəyişiklik edilib

Dəyişikliyə əsasən, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunan şəxsə narkoloji-tibbi yoxlama təyin edilə bilər

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda dəyişikliklər edib.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, inzibati, cinayət və mülki işin aparılması prosesində narkologiya sahəsində xüsusi biliyin olması tələb olunarsa, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunan şəxsə narkoloji-tibbi yoxlama təyin edilə bilər.

Dəyişikliklə cinayət məsuliyyətinə cəlb olunan, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin insan psixikasına təsir edən maddələrdən istifadə etməsi haqqında məlumat və həmin şəxsin narkoloji xəstəlikdən əzab çəkməsindən şübhələnməyə əsas olduğu hallarda və insan psixikasına təsir edən maddələrin istifadəsi nəticəsində cinayət, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törədən zaman şəxsdə psixotik pozğunluqlar müşahidə olunarsa, onun anlaqlı və ya anlaqsız vəziyyətdə olmasını müəyyənləşdirmək üçün müvafiq məhkəmə-istintaq orqanının qərarı əsasında (ambulator və ya stasionar şəraitində): bu hallarda tibbi yoxlamanın nəticəsinə əsasən müvafiq tibbi xarakterli məcburi tədbirlər haqqında məsləhət verilə bilər

Qaydaya əsasən, Cinayət Prosessual Məcəlləsi və Mülki Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə məhkəmə ekspertləri üçün müəyyən olunmuş hüquq və vəzifələr istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında tibbi yoxlamanı aparan həkim-məsləhət komissiyasının hakimlərinə də şamil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi