Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1% artıb

Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1% artıb Qida məhsullarının istehsalı 0,7%, içki istehsalı 26,9%, toxuculuq sənayesi 73,8%, geyim istehsalı 37,9% artıb
Sənaye
10 Oktyabr , 2017 18:17
Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1% artıb
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 28,3 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1% artıb, neft sektorunda isə 6,6% azalıb.

Sənaye məhsulunun 70,2%-i mədənçıxarma sektorunda, 24,6%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8%, əmtəəlik qaz hasilatı isə 3,4% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 0,7%, içkilərin istehsalı 26,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8%, geyim istehsalı 37,9%, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8%, kimya sənayesi məhsullarının istehsalı 18,1%, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2% artım qeydə alınıb. Bundan əlavə tikinti materiallarının istehsalı 29,3%, kompüter və elektron məhsulların istehsalı 35,0%, elektrik avadanlıqlarının istehsalı 65,7%, maşın və avadanlıqların istehsalı 27,7%, sair nəqliyyat vasitələrinin istehsalı 23,7%, mebel istehsalı 16,6% artıb.

Tütün məmulatlarının istehsalı 12,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3%, kağız və karton istehsalı 1,4%, poliqrafiya məhsullarının istehsalı 38,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,7%, hazır metal məmulatlarının istehsalı 26,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 49,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0% azalıb.

Son xəbərlər

Orphus sistemi