Yuxarı

​Azərbaycanda sənaye portalı istifadəyə verilib

Portalda ölkənin sənaye sahəsi üzrə məlumatlar yerləşdirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi www.senaye.gov.az portalını istifadəyə verib.

"Report" nazirliyə istinadən xəbər verir ki, portalda Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti, bu sahə ilə bağlı qanunvericilik, sənayenin inkişaf tarixi, icrası başa çatmış və hazırda həyata keçirilən layihələr, sənaye parkları və sənaye məhəllələri, sənayenin müxtəlif sahələri üzrə araşdırmalar, ölkə sənayesi ilə bağlı maraqlı faktlar və digər məlumatlar yerləşdirilib.

Portalda yerləşdirilmiş sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin kataloqunda bu müəssisələrin məhsulları, ixrac ölkələri və s. barədə məlumatlar verilir.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portala “CV bank” bölməsi də inteqrasiya edilib. Bu bölmədə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, sənaye sahəsi üzrə ixtisaslı kadrlara dair məlumatlar yerləşdirilib. Sənaye müəssisələri bu bazadan istifadə etməklə ehtiyacı olan kadrlarla əlaqə yarada bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi