Azərbaycanda sənaye parklarında iş quran 12 sahibkara investisiya təşviqi sənədi təqdim olunub - YENİLƏNİB

Azərbaycanda sənaye parklarında iş quran 12 sahibkara investisiya təşviqi sənədi təqdim olunub - YENİLƏNİB Balaxanı Sənaye Parkındakı rezidentlərin ümumi sayı 5-ə, Sumqayıt Kimya Sənaye Parkında isə 9-a çatıb
Sənaye
29 İyul , 2016 14:04
Azərbaycanda sənaye parklarında iş quran 12 sahibkara investisiya təşviqi sənədi təqdim olunub - YENİLƏNİB

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə yeni yaradılan sənaye parklarında fəaliyyət göstərəcək 12 sahibkara investisiya təşviqi sənədini təqdim edib. "Report" xəbər verir ki, iki sahibkar isə rezident şəhadətnaməsi alıb.

Rezident şəhadətnaməsi alan sahibkarlardan biri Balaxanı Sənaye Parkı, digəri isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək.

Bununla da BSP-dəkı rezidentlərin ümumi sayı 5-ə, SKSP-dəki rezidentlərin sayı isə 9-a çatıb.

***

Bu gün təqdim edilən layihələr çərçivəsində ümumilikdə 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulub və bu layihələr ölkənin 7 iqtisadi rayonunda reallaşacaq. Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli deyib.

S.Bəşirlinin sözlərinə görə, bu layihələrin ümumi dəyəri 100 mln. manatdır: "Son iki ayda 30 investisiya təşviqi sənədi verilib ki, ümumilikdə 300 mln. manat investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələr çərçivəsində ümumilikdə 2 700 yeni iş yerinin açılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi