Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4% yüksəlib
Sənaye
13 Yanvar , 2017 18:18
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5%, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9%, emal sənayesi üzrə 15,2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin dekabr ayında noyabra nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7%, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3%, emal sənayesi üzrə 12,7%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4%, metal filizlərin hasilatı üzrə 3,5% bahalaşıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı 23,1%, toxuculuq sənayesi 7,5%, kimya sənayesi 5,4%, metallurgiya sənayesi 4,5%, geyim istehsalı 3,2%, qida məhsullarının istehsalı 2,5%, tütün məmulatlarının istehsalı 1,4%, əczaçılıq məhsullarının istehsalı 1,3%, kağız və karton istehsalı 0,2% bahalaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,9%, maşın və avadanlıqların istehsalı 0,6%, içki istehsalı 0,5%, tikinti materiallarının istehsalı isə 0,3% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi