Azərbaycanda sənaye istehsalının 84 %-i paytaxtın payına düşür

Sənaye
  • 25 iyun, 2024
  • 10:11
Azərbaycanda sənaye istehsalının 84 %-i paytaxtın payına düşür

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin 5 ayı ilə müqayisədə 3,2 milyard manat və ya 12,7 % azdır.

Sənaye məhsulunun 76,1 %-i mədənçıxarma, 20,6 %-i emal, 2,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. İyunun 1-nə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 543,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 7 % artıb.

44 filmi