Azərbaycanda sənaye istehsalı 2,6% artıb

Azərbaycanda sənaye istehsalı 2,6% artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 32,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilib.
Sənaye
10 Sentyabr , 2021 12:38
Azərbaycanda sənaye istehsalı 2,6% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 32,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 18,4 % artıb.

Sənaye məhsulunun 62,5 %-i mədənçıxarma sektorunda, 31,6 %-i emal sektorunda, 5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 14,6 % artıb.

Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3 %, tikinti materiallarının istehsalı 64,3 %, əczaçılıq məhsullarının istehsalı 62,1 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1 %, tütün məmulatlarının istehsalı 55,1 %, elektrik avadanlıqlarının istehsalı 53,4 %, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5 %, kompüter, elektron və optik məhsulların istehsalı 44,9 %, kağız və karton istehsalı 28,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3 %, hazır metal məmulatlarının istehsalı 10,3 %, neft məhsullarının istehsalı 8,7 %, qida məhsullarının istehsalı 6,2 %, kimya sənayesi məhsullarının istehsalı 5,8 %, içki istehsalı 2,9 %, maşın və avadanlıqların istehsalı 1,8 % artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,9 %, mebel istehsalı 5,8 %, geyim istehsalı 9,8 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5 %, poliqrafiya məhsullarının istehsalı 40,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 69,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11 % artıb.

Son xəbərlər

Orphus sistemi