Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13% artıb
Sənaye
13 Avqust , 2020 12:37
Azərbaycanda sənaye istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% az sənaye məhsulu istehsal edilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13% artıb.

Sənaye məhsulunun 61%-i mədənçıxarma sektorunda, 32,7%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,5% azalıb, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5%, maşın və avadanlıqların istehsalı 64,9%, kompüter, elektron və optik məhsulların istehsalı 42,8%, sair nəqliyyat vasitələrinin istehsalı 57,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 41%, tütün məmulatlarının istehsalı 27,6%, kağız və karton istehsalı 24,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19%, kimya sənayesi məhsullarının istehsalı 18,8%, geyim istehsalı 15,8%, elektrik avadanlıqlarının istehsalı 5,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 0,4% artmış, hazır metal məmulatlarının istehsalı 0,5%, neft məhsullarının istehsalı 0,9%, qida məhsullarının istehsalı 1,5%, tikinti materiallarının istehsalı 4,8%, poliqrafiya məhsullarının istehsalı 5,9%, içkilərin istehsalı 7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 13,2%, mebel istehsalı 13,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,8% artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% azalıb.  

Son xəbərlər

Orphus sistemi