​Azərbaycanda sənaye istehsalı azalıb

​Azərbaycanda sənaye istehsalı azalıb Bu il ölkədə 4,309 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
Sənaye
17 Mart , 2016 18:08
​Azərbaycanda sənaye istehsalı azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 4 308,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% az sənaye məhsulu istehsal edilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmaya səbəb xam neft hasilatının 1,4%, qaz hasilatının 8,3%, elektrik enerjisi istehsalının 6,4%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.

Sənaye məhsulunun 61,7%-i mədənçıxarma sektorunda, 29,4%-i emal sektorunda, 8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,8% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 2%, tütün məmulatlarının istehsalı 80,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5%, metallurgiya məhsullarının istehsalı 50,8%, hazır metal məmulatlarının istehsalı 93,7%, kompyuter, elektron və optik məhsulların istehsalı 67,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artıb, içkilərin istehsalı 18,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1%, poliqrafiya məhsullarının istehsalı 2,2%, kimya sənayesi məhsullarının istehsalı 13,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5%, tikinti materiallarının istehsalı 48,5%, elektrik avadanlıqlarının istehsalı 44,3%, maşın və avadanlıqların istehsalı 31,7%, mebel istehsalı isə 3,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5% azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5% artıb, neft sektorunda isə 0,7% azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranana ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-i vəziyyətinə 335,5 mln. manatlıq hazır məhsul olub.

Son xəbərlər

Orphus sistemi