Azərbaycanda sənaye istehsalı 5% artıb

Azərbaycanda sənaye istehsalı 5% artıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % çox sənaye məhsulu istehsal edilib.
Sənaye
11 Noyabr , 2021 12:16
Azərbaycanda sənaye istehsalı 5% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 41,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çox sənaye məhsulu istehsal edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 % artıb

10 aylıq sənaye məhsulunun 63,1 %-i mədənçıxarma sektorunda, 31,3 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 % azalıb, əmtəəlik qaz hasilatı isə 22 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 90,2 %, tikinti materiallarının istehsalı 79,0 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60 %, tütün məmulatlarının istehsalı 56,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 42 %, dəri və dəri məmulatlarının ayaqqabıların istehsalı 35,6 %, kağız və karton istehsalı 27,4 %, kimya sənayesi məhsullarının istehsalı 24,2 %, hazır metal məmulatlarının istehsalı 21,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19 %, neft məhsullarının istehsalı 16,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 %, qida məhsullarının istehsalı 10,9 %, mebel istehsalı 9,2 %, elektrik avadanlıqlarının istehsalı 8,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 5,5 %, içki istehsalı 1,6 % artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 %, maşın və avadanlıqların istehsalı 9,1 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,5 %, geyim istehsalı 14,5 %, poliqrafiya məhsullarının istehsalı 43,7 %, sair nəqliyyat vasitələrinin istehsalı 90 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5 % artıb.

Son xəbərlər

Orphus sistemi