Bakı. 15 oktyabr. REPORT.AZ/ Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 19,7 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox sənaye məhsulu istehsal edilib.
"Report"un
Emal sektorunda qida məhsullarının istehsalı 3,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 74,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,0%, kimya sənayesi məhsullarının istehsalı 97,2%, poliqrafiya məhsullarının istehsalı 76,3%, tikinti materiallarının istehsalı 12,2%, metallurgiya məhsullarının istehsalı 5,1%, hazır metal məhsullarının istehsalı 62,0%, kompüter, elektron və optik məhsulların istehsalı 71,9%, elektrik avadanlıqlarının istehsalı 20,8%, mebel istehsalı 5,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmində 2,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8% artım qeydə alınıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,2% artıb, neft sektorunda isə 0,7% azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2015-ci il 1 oktyabr vəziyyətinə 301,5 mln. manatlıq hazır məhsul olub.