Yuxarı

​Azərbaycanda sənaye istehsalı 1%-dək artıb

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,6%, neft sektorunda isə 0,7% artıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 17,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 65,1%-i mədənçıxarma sektorunda, 28,6%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,9%, o cümlədən neft hasilatı 0,7% artıb, əmtəəlik qaz hasilatı isə 8% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 3,8%, tütün məmulatlarının istehsalı 10,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,8 dəfə, geyim istehsalı 9,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5%, kağız və karton istehsalı 1,7%, poliqrafiya məhsullarının istehsalı 3,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3%, hazır metal məmulatlarının istehsalı 17,4%, kompyuter və elektron məhsullarının istehsalı 10,8%, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,8%, mebel istehsalı 4,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 73% artıb.

İçkilərin istehsalı 12%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,4%, kimya sənayesi məhsullarının istehsalı 11,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,6%, tikinti materiallarının istehsalı 21,3%, maşın və avadanlıqların istehsalı isə 10,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,6%, neft sektorunda isə 0,7% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi