Azərbaycanda sənaye istehsalı 1 % azalıb

Azərbaycanda sənaye istehsalı 1 % azalıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal edilib
Sənaye
15 Noyabr , 2022 12:02
Azərbaycanda sənaye istehsalı 1 % azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 73,3 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal ediib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,6 % artıb.

Sənaye məhsulunun 76,4 %-i mədənçıxarma sektorunda, 19,9 %-i emal sektorunda, 3,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 8,6 % artıb.

Hesabat dövrnüdə emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 %, maşın və avadanlıqların istehsalı 45 %, elektrik avadanlıqlarının istehsalı 41,4 %, geyim istehsalı 37,6 %, mebel istehsalı 32,9 %, poliqrafiya məhsullarının istehsalı 24,0 %, kağız və karton istehsalı 17,2 %, əczaçılıq məhsullarının istehsalı 16,9 %, tikinti materiallarının istehsalı 14,9 %, hazır metal məmulatlarının istehsalı 12,9 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,5 %, kompüter, elektron və optik məhsulların istehsalı 10,3 %, qida məhsullarının istehsalı 8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 5,4 %, kimya sənayesi məhsullarının istehsalı 3,8 % artıb, tütün məmulatlarının istehsalı 2,4 %, içkilərin istehsalı 4,2 %, neft məhsullarının istehsalı 6,0 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 30,7 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 % artıb.

Son xəbərlər

Orphus sistemi