Azərbaycanda sənaye istehsalı 1,5% artıb

Azərbaycanda sənaye istehsalı 1,5% artıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % çox sənaye məhsulu istehsal edilib.
Sənaye
9 Avqust , 2022 12:14
Azərbaycanda sənaye istehsalı 1,5% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 49,3 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox sənaye məhsulu istehsal edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 10,7 % artıb.

Sənaye məhsulunun 75,6 %-i mədənçıxarma sektorunda, 20,5 %-i emal sektorunda, 3,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 63,9 %, mebel istehsalı 56,5 %, geyim istehsalı 52,0 %, maşın və avadanlıqların istehsalı 39,0 %, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 %, hazır metal məmulatlarının istehsalı 32,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,4 %, poliqrafiya məhsullarının istehsalı 26,5 %, tikinti materiallarının istehsalı 24,9 %, kimya sənayesi məhsullarının istehsalı 18,0 %, metallurgiya sənayesi məhsullarının istehsalı 17,2 %, kağız və karton istehsalı 16,7 %, qida məhsullarının istehsalı 11,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 % artıb, tütün məmulatlarının istehsalı 2,4 %, içkilərin istehsalı 6,9 %, neft məhsullarının istehsalı 11,6 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 24,6 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 % artıb.

Son xəbərlər

Orphus sistemi