Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr 80,3 mln. manat dəyərində məhsul istehsal edib.
“Report”
2 ay ərzində ölkədə sement istehsalı 511,8 min ton (illik müqayisədə 45,1% çox), asfalt istehsalı 28,3 min ton (6,8 dəfə çox), tikinti kərpicinin istehsalı 69,2 min kubmetr (74,2% çox), tikinti gipsinin istehsalı 0,4 min ton (59,9% az), tikinti əhənginin istehsalı 5 618,6 ton (64,1% çox), sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 28,7 ton (3,2 dəfə çox), betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 8,4 min kubmetr (46,2% az) təşkil edib.
Son 1 ildə Azərbaycanda emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı isə 30,9% azalaraq 1 182,4 tona düşüb.