Azərbaycanda sement istehsalı cüzi artıb

Sənaye
  • 23 oktyabr, 2021
  • 09:15
Azərbaycanda sement istehsalı cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materialları sahәsindә istehsalın ümumi dәyәri 625,4 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,2 % çoxdur.

9 ay ərzində ölkədə 2 544,7 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,7 % çoxdur.

Bu ilin 9 ayında ölkədə 108,4 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 15,6 % azdır. Bu ilin 9 ayında tikinti kərpicinin istehsalı 22,8 % artaraq 476,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 46,9 % artaraq 21 min ton olub. Yanvar-sentyabr aylarında tikinti əhənginin istehsalı 0,9 % artaraq 26,5 min ton təşkil edib.

Yanvar-sentyabr aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 61,4 min ton olaraq, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 53,1 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 2,1 dəfə artaraq 52,8 min kubmetr təşkil edib.

Ötən 9 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 58,1 % artaraq 30 854,8 min ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 36,4 % artaraq 1 971,2 min ton təşkil edib.

44 filmi