Azərbaycanda şəkər istehsalı 23 % azalıb

Sənaye
  • 16 mart, 2024
  • 13:44
Azərbaycanda şəkər istehsalı 23 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 28,1 min ton şəkər istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,2 % azdır.

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % azalaraq 1 467,4 tona düşüb.

Martın 1-nə Azərbaycanda 17,4 min ton şəkər, 111,8 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 36 % və 0,7 % azdır.