Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətin səhmdarlarının iclası keçiriləcək

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətin səhmdarlarının iclası keçiriləcək Yığıncaq iyunun 27-də Londonda baş tutacaq
Sənaye
6 İyun , 2016 17:51
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətin səhmdarlarının iclası keçiriləcək

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining Plc." şirkətinin səhmdarlarının illik yığıncağı keçiriləcək. Bu barədə şirkətin saytında məlumat yayılıb. Yığıncaq iyunun 27-də Londonda baş tutacaq.

Yığıncaqla bağlı qeydlər səhmdarlara göndərilib. Şirkətin 2015-ci il üzrə illik hesabatı da səhmdarlara göndərilib və şirkətin rəsmi saytında yerləşdirilib.

Ümumiyyətlə, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement,Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi