Azərbaycanda qızıl hasilatı 8% azalıb

Azərbaycanda qızıl hasilatı 8% azalıb Bu ilin ilk 9 ayında təxminən 50 min unsiya qızıl hasil edilib
Sənaye
13 Oktyabr , 2016 12:05
Azərbaycanda qızıl hasilatı 8% azalıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin 9 ayı ərzində “Gədəbəy” yatağından 49 874 unsiya qızıl hasil edib. “Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Ötən ilin müvafiq dövründə isə qızıl hasilatı 54 103 unsiya, yaxud bu ilin müvafiq dövründən 8,5% çox olub.

Bu ilin III rübündə qızıl hasilatı 16 497 unsiya, II rübdə isə 19,375 unsiya təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında gümüş hasilatı 114 915 unsiya, mis hasilatı isə 1 363 ton təşkil edib.

Ötən ilin müvafiq dövründə gümüş hasilatı 10 916 unsiya, mis hasilatı isə 634 ton olub. Bu ilin 9 ayı üzrə hasil olunan misin 485 tonu III rübün payına düşüb. İlin III rübündə gümüş hasilatı isə 33 899 unsiya təşkil edib. Əvvəlki rübdə isə mis hasilatı 497 ton, gümüş hasilatı 52 214 unsiya olub.

Bu ilin sonuna ümumi qızıl hasilatının 69-71 min unsiya olacağı proqnozlaşdırılır. Mis hasilatının isə 1 700-2 100 ton olacağı gözlənilir.

Cari ilin III rübündə 12 567 unsiya qızıl külçəsi orta hesabla hər unsiyasi 1 332 dollara satılıb. II rübdə isə 15 661 unsiya qızıl külçəsinin hər unsiyası orta hesabla 1 265 dollar olmaqla satışı həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement,Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi