​Azərbaycanda qızıl hasilatı 22% azalıb

​Azərbaycanda qızıl hasilatı 22% azalıb Gümüş istehsalında isə 3,3 dəfə artım qeydə alınıb
Sənaye
13 Aprel , 2016 18:18
​Azərbaycanda qızıl hasilatı 22% azalıb

Bakı. 13 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında "Anglo-Asian Mining" şirkəti Azərbaycanda "Gədəbəy" yatağında 13 383 unsiya qızıl (Azərbaycan hökumətinin payı da daxil olmaqla) istehsal edib. "Report"un şirkətin saytına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azalma deməkdir.

Şirkətin hesabatına əsasən, bu müddətdə gümüş istehsalında isə artım müşahidə olunub. Hasilat illik müqayisədə 3,3 dəfə artaraq cari ilin I rübündə 1 958 unsiya təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda cəmi qızıl istehsalı 71 670 unsiya, gümüş istehsalı isə 4 262 unsiya təşkil edib.

Son xəbərlər

Orphus sistemi