Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb

Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb Qızıl hasilatı isə 13% azalıb
Sənaye
16 İyun , 2016 11:23
Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 784,3 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% azalma deməkdir. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il iyunun 1-nə 46,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 4,7 dəfə artaraq 162,3 kq təşkil edib. Hazır məhsul ehtiyatı 23,7 kq olub.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi