Azərbaycanda qızıl hasilatçısı şirkəti Kanada şirkətində payını artırıb

Azərbaycanda qızıl hasilatçısı şirkəti Kanada şirkətində payını artırıb Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarı olduğu Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını artırıb
Sənaye
9 Yanvar , 2023 18:17
Azərbaycanda qızıl hasilatçısı şirkəti Kanada şirkətində payını artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarı olduğu Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını artırıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Bildirilib ki, Böyük Britaniya şirkəti “Libero Copper"ə üçüncü dəfə sərmayə edib.

Məlumata görə, onun 2,6 milyon səhmini 390 min Kanada dolları və ya 289 min ABŞ dolları qarşılığında əldə edib. "Anglo-Asian Mining"in Kanada şirkətində payı bununla da 19,8 %-ə yüksəlib, ümumi sahib olduğu adi səhmlərin sayı isə 18,1 milyon ədəd təşkil edib.

Qeyd edək ki, yeni investisiya şirkətin Kolumbiya və Argentinadakı Mokoa və Esperanza mis porfiri layihələrində kəşfiyyat işlərinin həyata keçirilməsinə yönəldiləcək. “Libero Copper" ümumilikdə bu məqsədlə 2 milyon Kanada dolları və ya 1,5 milyon ABŞ dolları məbləğində səhm buraxıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi