Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb

Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edib.
Sənaye
18 İyul , 2022 11:56
Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.

Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, sənayenin qeyri-neft-qaz sektorunda isə 11,5 % artıb.

Sənaye məhsulunun 75,7 %-i mədənçıxarma, 20,4 %-i emal, 3,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 % olub. Ümumi istehsalın 94,2 %-i sənaye məhsullarının istehsalı, 5,8 %-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Son xəbərlər

Orphus sistemi