Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakıda "
"Report" xəbər verir ki, İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidinin rəhbərlik etdiyi ticarət missiyasının Azərbaycana səfəri çərçivəsində baş tutan bu imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Layihə çərçivəsində zavodun Sumqayıt Kimya Sənaye Parkında tikintisi planlaşdırılır. Müqavilənin ümumi dəyəri təxminən 350 mln. avrodur. Layihə çərçivəsində mühəndislik, satınalma, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur. Zavodun illik gücü 180 min ton olacaq. Bu, naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadəsinə imkan verəcək.
"SOCAR Polymer" Azərbaycanda əsas sənaye şirkətləri - "PAŞA Holdinq", "Azersun Holding", "Gilan Holding" və SOCAR-ın iştirakı ilə yaranan birgə müəssisədir. İllik gəliri 40 mlrd. ABŞ dolları olan SOCAR şaquli inteqrasiya olunmuş neft və qaz sektoru üzrə beynəlxalq dərəcəli dövlət şirkətidir.
Plastik məhsulların istesalı ilə ölkənin neft-kimya sənayesinin inkişafında rol oynayacaq Sumqayıt zavodu Azərbaycanda istifadəyə verilmiş ilk polipropilen zavodu olacaq. Polipropilen qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və bir neçə digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur.
Tədbirdə qeyd olunub ki, kimya və neft-kimya Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynayır və Prezident
"Maire Tecnimont"un icraçı direktoru P.Folkyero isə əlavə edib ki, İtaliya şirkəti polietilen sahəsindəki fərqli bacarıqlarını tətbiq etməklə SOCAR-a xidmət etməyə və ölkənin sənaye sektorunun inkişafında bu cür nüfuzlu müştəriləri dəstəkləməyə görə sevinc hissi duyur: "Bu, bir çox İtaliya istehsalçılarını cəlb edən və İtaliyada mühəndislik təchizat zəncirində dövriyyə yaradacaq bir layihədir".
Qeyd edək ki, "SOCAR Polymer" MMC-nin strukturuna daxil olan layihə gücü 180 min ton/il olan PP qurğusunun 2017-cı ildə və layihə gücü 120 min ton/il olan HDPE qurğusunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır. PP və HDPE zavodlarının tikilməsi üçün Rusiyanın "Qazprombank"ı ilə 425 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair ilkin şərtlər toplusu imzalanıb. Polipropilen qurğusunun lisenziarı "Lyondell Basel", HDPE qurğusunun lisenziarı isə "Ineos" şirkətidir. İstehsal olunmuş məhsulların 30%-nin yerli bazarda reallaşdırılması, digər hissəsinin isə Türkiyə, Avropa və MDB ölkələrində ixracı planlaşdırılır.