Yuxarı

Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb

​Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb 22.06

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda propilen, polietilen və etilen istehsalında artım qeydə alınıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə propilen istehsalı 72,3%, əmtəəlik propilen 2,3 dəfə, polietilen istehsalı 0,8%, etilen istehsalı 18,7% artıb.

Belə ki, yanvar-may aylarında 44,9 min ton həcmində propilen istehsal edilib ki, onun 44,8 min tonu əmtəəlik məhsul olub. Hesabat dövründə polietilen istehsalının həcmi 49,6 min ton, etilen istehsalının həcmi 60 min ton təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi