Azərbaycanda ötən ay 100-dən çox minik avtomobili istehsal edilib

Sənaye
  • 16 fevral, 2022
  • 13:40
Azərbaycanda ötən ay 100-dən çox minik avtomobili istehsal edilib

Bu ilin yanvar ayında Azərbaycanda 30,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, maşın və avadanlıqların istehsalı 69,8 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,4 dəfə artıb.

Ötən ay 102 ədəd və yaxud ötən ilin eyni dövrünə nisbətən 6,2 % çox minik avtomobili istehsal olunub. Bu il fevralın 1-nə ölkədə 399 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvarda Azərbaycanda 30 ədəd traktor da istehsal edilib. Nəticədə, bu il fevralın 1-nə ölkədə 82 ədəd hazır məhsul ehtiyatı yaranıb.